Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstanda işgüzar səfərdədir. Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə və Karyera Mərkəzinin direktoru Sevinc Məcid Macarıstanın Milton Fridman Universitetində (Milton Friedman Egyetem) qonaq olublar.UNEC-in nümayəndə heyəti Milton Fridman Universitetinin Ümumi məsələlər və inkişaf üzrə prorektoru dosent Piter Satmari, Biznes-tədqiqatlar və menecment kafedrasının müdiri professor Henrietta Nad, Beynəlxalq və siyasi tədqiqatlar kafedrasının müdiri professor Georgi İvan Nesmeli və Kompüter elmləri kafedrasının müdiri professor Vid Sebestin Xonfi və digər rəhbər şəxslər tələbələrlə görüş keçiriblər.Görüş zamanı Milton Universiteti nümayəndələri Macar tələbələrin UNEC-ə əcnəbi tələbə kimi cəlbi məsələsində maraqlı olduqlarını bildiriblər. Həmçinin Azərbaycan və Macar alimlərinin birgə fəaliyyəti nəticəsində qarşılıqlı elmi məqalələrin hazırlanması ilə bağlı məsələlər müzakirə olundu. İlk addım kimi 2025-ci ilin mart ayında beynəlxalq hibrid elmi konfransın keçirilməsi təklifi hər iki tərəfdən maraqla qarşılanıb.Əlavə olaraq, Milton Universitetində informasiya texnologiyaları və kiber təhlükəsizlik sahəsində görülən işlərdən danışılıb və qeyd olunub ki, UNEC tələbələri də beynəlxalq sertifikatla bağlı bu təcrübədən faydalana bilərlər. Beynəlxalq təcrübə proqramlarında (Erasmus) iştirak və qrant layihələrinin alınması ilə əlaqədar əməkdaşlığın qurulması və birgə addımlar atılması üçün müzakirələr aparılıb. Həmçinin beynəlxalq reytinqlərdə uğurlu iştirakın təmin olunması üçün hər iki universitetin təcrübəsi qarşılıqlı paylaşılıb. Sonda görüşdə iştirak edən UNEC pedaqoji heyəti tələbələr qarşısında Karyera planlaması, Yumşaq bacarıqlar, Sərt bacarıqlar mövzusunda qonaq məruzəçi qismində çıxış ediblər.Səfər çərçivəsində UNEC-in nümayəndələri universitetlərin mühazirə və seminar otaqlarına, kitabxanalarına baxış keçirib, tələbələr üçün yaradılan şərait və müxtəlif sosial layihələrlə də tanış olublar. 1/2