0702133333

0702133333

Bakı Höte - Mərkəzi sizi sərgiyə dəvət edir
24.11.2024 04:15

MÜHARİBƏ DUMANI İncəsənət sərgisi / 13.10—13.11.2022 Kapellhaus / 28 May küçəsi, 35 “Müharibə qeyri-müəyyənlik məkanıdır. Hərbi fəaliyyətlər və onların söykəndiyi amillərin dörddə-üçü, nisbətən daha böyük və ya daha kiçik qeyri-müəyyənliklər dumanında gizlənir” KARL FON KLAUZEVİTS, “MÜHARİBƏ HAQQINDA” (1816–30) Son illər regionumuzun demək olar ki, bütün ölkələri müxtəlif intensivliklərdə müharibələrə məruz qalıb. Sovet İttifaqının dağılması nəticəsində başgicəlləndirici silahlı münaqişələrin silsiləsi yarandı. Müharibə aktları istər-istəməz qarşılıqlı ittihamlarla müşayiət olunur və burada həqiqət keçilməz “duman səddində” yox olub gedir. Lakin, əsas məsələ, insanların ölçüyəgəlməz iztirablarının üst-üstə yığılmasıdır… Ə“bədi sülh haqqında” traktatında, görkəmli alman filosofu İmmanuel Kant müharibəni sülhü təmin edə biləcək “respublika konstitusiyası” ilə qarşı-qarşıya qoyur. Çünki, əgər bilavasitə vətəndaşlara “müharibə müsibətləri” ilə bağlı qərar verməyə icazə verilərsə, onlar çətin ki, belə bir “şər oyuna” başlamaq istəsinlər. İstənilən halda, bir çox cəmiyyətlər, bütün bu “tərifəlayiq” pasifizmə baxmayaraq, indi özlərinə sual edirlər: “Yaxşı olmazmı ki, heç olmasa, minimum müdafiə imkanları təmin edilsin?” Eyni zamanda, “cəsurluq”, “vətəndaş əzmkarlığı” v“ əvətənpərvərlik” kimi çoxdan unudulmuş fəzilətlər yenidən üzə çıxır və bu baxımdan, Ukrayna Ərazi Müdafiə Qüvvələri bunun bariz nümunəsi sayıla bilər (yeri gəlmişkən, Klauzevits bunu “milli müharibə” adlandırır). Bu yaxınlara qədər “toksik maskulinlik” hesab edilən amil bu gün cəsarət sayılır.  SƏRGİ “Müharibə dumanı” sərgisi Bakı Höte-Mərkəzi tərəfindən Avropa İttifaqı ilə birgə maliyyələşdirilməsi sayəsində, “Kapellhaus”-un dəstəyi v“ əPlatformart”-ın koordinasiyası ilə hazırlanıb. Layihə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, eləcə də Almaniyadan olan rəssamları, müharibə faciəsinə çox subyektiv yanaşmağa imkan verən sərgidə bir araya gətirir. Burada söhbət bir o qədər “sənədli strategiyalar” yox, daha çox insanın düşdüyü durumdan, Otuzillik müharibənin (1618–1648-ci illər) qızğın çağında, alman şairi Andreas Qrifiusun “Vətənin göz yaşları” adlı sonetində gileyləndiyi kimi, “bir çox insanlardan zorla qoparılmış ruhlar xəzinəsi”ndən gedir. Rəssamlar, hətta simvolik incəsənət səltənətində, sanki alman filosofu Valter Benyaminin Paul Kleenin “Angelus Novus” (“Yeni mələk”) rəsm əsərindəki mələyə müraciət etdiyi kimi, “ölülərin oyadılması və dağılmış dünyanın bərpası”nda uğur qazana bilərlər. Bir mədəniyyət təsisatı olaraq, biz, bütün baş verənlərin şərhini siyasətçilərin, generalların və jurnalistlərin öhdəsinə buraxmaq istəmirik. Əksinə, “müharibə dumanı”nı heç olmasa bir qədər seyrəltmək ümidi ilə, biz, bunu incəsənətin korlanmamış, sadiq baxışlarına həvalə etmək istəyirik. RƏSSAMLAR Karo Akpokiere, Nigeriya ⁄ Almaniya Orxan Hüseynov, Azərbaycan Verena İssel, Norveç ⁄ Almaniya Nikita Kadan, Ukrayna Dmitro Kozatski, Ukrayna Mariya Kulikovska, Ukrayna Almagül Menlibayeva, Qazaxıstan ⁄ Almaniya Sabina Şıxlinskaya, Azərbaycan Frank Thiel, Almaniya KURATOR Alfons Huq, Bakı Höte-Mərkəzi Açılış 13.10.2022 19:00 Sərgi 14.10–13.11.2022 Çərşənbə axşamı – Bazar / 14:00–19:00 Giriş sərbəstdir

Digər xəbərlər