Coders Azerbaijan təhsil mərkəzində “Layihə Meneceri” üzrə vakansiya elan olunur! Namizədə uyğun tələblər: Ali təhsil; Korporativ sahədə minimum 1 il iş təcrübəsi; İş proseslərini izləmək və problem həll etmək bacarığı; İngilis dili səviyyəsi B1 və daha yüksək olmağı. İşin təsviri: Müxtəlif layihələr üzrə ümumi nəzarəti təmin edərək; Komandanın iş effektivliyini artırmaq üçün prosesləri koordinasiya etmək və dəstək göstərmək; Həftəlik komanda görüşlərində iştirak etmək; Rəhbırlik tərəfindən təyin olunan işlərin vaxt cədvəlini (deadline-larını) qəbul etmək və onların yerinə yetirilməsinə nəzarət etmək; Komanda üzvlərinin işlərini izləmək, vaxtında tamamlanmadığı hallarda səbəbləri araşdırmaq və həll yolları təklif etmək; Effektiv kommunikasiya qurmaq və komanda işinə töhfə vermək. İş şərtləri: İş qrafiki: Həftə içi 5 gün, saat 10:00-dan 19:00-a qədər; Əmək haqqı: Razılaşma yolu ilə. Əgər bu vakansiya sizin üçün maraqlıdırsa və tələb olunan kriteriyalara uyğun gəlirsinizsə, CV-nizi [email protected] elektron poçt ünvanına “Project Manager” başlığında göndərə bilərsiniz. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Müraciət üçün son tarix: 6 Dekabr 2024