İsveçrə sadəcə gözəl təbiəti ilə deyil, eyni zamanda təhsil sistemi ilə də diqqətləri özünə çəkən ölkələr sırasındadır.Buranın təhsil sistemi ilə digər ölkələr arasında fərqlər olduqca çoxdur.Məcburi təhsil müddəti, tədris pillələri, universitetlərə qəbul prosesi fərqli şəkildə tənzimlənir.İsveçrədə hər əyalətin özünəməxsus tədris sistemi mövcuddur. Məsələn, bəzi əyalətlərdə ibtidai təhsilin müddəti 4, bəzilərində 5, bəzilərində isə 6 ildir.Ancaq əksər əyalətlərdə 6 il davam edir. Bununla əlaqəli olaraq orta təhsil səviyyəsinin birinci mərhələsi 3, 4 və ya 5 il müddətindədir. Ancaq burada da müddəti 3 il olanlar çoxluq təşkil edir. Bəzi ölkələrədə olduğu kimi burada da şagirdi universitetə hazırlayan və buranı bitirdikdə aldığı attestatla birbaşa ali təhsil pilləsinə qəbul olma imkanı yaradan məktəblər (gimnaziyalar) fəaliyyət göstərir. Bu məktəblərə şagird qəbulu bəzi əyalətlərdə ibtidai təhsildən, bəzilərində ümumi-orta təhsil pilləsindən, bəzilərində isə elə bu pillədə təhsil alarkən aparılır.İsveçrədə bağçalar və məktəbəhazırlıq müəssisələri regionun təhsil şöbələrinin rəhbərliklərinə tabedir:Bu ölkədə hər bir uşaq ən azı bir il bağçaya pulsuz getmək hüququna malikdir. Bəzi əyalətlərdə isə bu müddət iki ilə qədər ola bilər. Uşaq bağçaları məcburi təhsil müddətinə daxil olmasa da, bu yaş qrupunda olan demək olar ki, bütün uşaqlar bağçaya gedirlər. Çünki bu, ibtidai təhsil səviyyəsinə uyğunlaşmalarını asanlaşdırır. Əsas məqsəd böyük bir qrupda uşağın özünə inam və inkişafını təmin etməkdir. Bu mərhələdə fərqli mədəni anlayışlara və tolerantlığa böyük əhəmiyyət verilir, uşağın bir çox şeyi öyrənməsi üçün imkanlar yaradılır. Uşaq bağçaları yerləşdikləri regionun təhsil şöbəsinin idarəçiyindədir. Bu region təhsil şöbələri də mərkəzi hökumətdən asılıdır. Təhsil müəssisələrinə nəzarət isə regional məktəb rəhbərliyi tərəfindən təyin olunmuş müfəttişlər tərəfindən həyata keçirilir.Bu ölkədə məcburi təhsil müddəti digər ölkələrlə müqayisədə azdır və əyalətlər üzrə fərqli şəkildə tənzimlənir:İsveçrədə məcburi təhsil müddəti 9 ildir. Ancaq ibtidai və orta təhsil səviyyələrində bu müddət əyalətlər üzrə dəyişir. Bəzilərində ibtidai təhsil 6 il, bəzilərində 5 il, bəzilərində isə 4 ildir. Bir çox əyalətdə ibtidai təhsil müddəti 6 il davam edir, bu müddətdə şagirdlərə hər əyalət üzrə fərqli dil tədris olunur. Bundan sonra 2 və ya 3 il ümumi - orta tədris pilləsində təhsillərini davam etdirirlər. Bununla yanaşı təhsil göstəriciləri yuxarı olan şagirdlər üçün ayrıca məktəblər (gimnaziyalar) da fəaliyyət göstərir. Gələcəkdə kolleclərdə və ya universitetlərdə təhsilini davam etdirməyi düşünən şagirdlər gimnaziya və ya matura adlanan məktəblərə gedir, 6 il sonra tam orta təhsil pilləsini bitirmək üçün Matura adlanan imtahan verirlər.İbtidai təhsil pilləsi şagirdin bacarıqlarına əsasən iki hissəyə bölünür:İbtidai təhsil məcburi təhsilin birinci səviyyəsini təşkil edir və Primarstufe adlanır. Təməl tədrisin bu mərhələsində şagirdlərin diqqətlə düşünmə və öyrənmə təhsili tamamlanır, xarakter formalaşdırılması və fiziki qabiliyyətləri inkişaf etdirilir. Bundan əlavə, şagirdlərə müstəqil və komanda ilə işləmə bacarığı aşılanır. Təhsilin bu mərhələsi əyalətlərdə adətən 6 il davam edir və ikiyə yerə bölünür:Adi dərslər (Regelklasse der Primarstufe): Təhsilə və təlimə normal şəkildə davam edə biləcək şagirdlər bu siniflərə daxil edilir.Kiçik siniflər (Kleinklassen der Primarstufe): Daimi siniflərə uyğunlaşa bilməyən, öyrənmə çətinliyi olan şagirdlər də bu siniflərdə təhsillərinə davam edirlərİsveçrədə ümumi -orta təhsil pilləsi üzrə bir-birindən fərqli məktəb növləri fəaliyyət göstərir və hər birinin tədris planı fərqlidir:Ümumi-orta təhsil məcburi təhsil məcburi təhsilin ikinci mərhələsini təşkil edir və Sekunderstufe adlanır.Ümumi olaraq 6-cı sinifdən etibarən başlayır və təhsil müəssisənin növünə görə 2-3 il davam edir. Bu mərhələdə məktəblər məktəb növləri və müddətləri aşağıdakı kimidir:-Kleinklasse der Sekundarstufe: Bu məktəblər 7-8-ci sinif şagirdlərini əhatə edir. Şagirdləri yetkinlik mərhələsinə keçməsində kömək edə biləcək hərtərəfli tədrislə təmin edir.- Oberschule: İncəsənət məktəbləri səviyyəsində olan bu məktəblər 7 və 8-ci sinifləri əhatə edir. Şagirdlər bacarıqlarına uyğun bir peşə qazanmaları istiqamətində yetişdirilir.- Realschule: 7, 8 və 9-cu sinifləri əhatə edən bu tip məktəblər, şagirdlərin bacarıqlarına uyğun olaraq sənət əldə etmələrini təmin edir və onları peşə yetkinliyinə hazırlayan digər məktəblərə keçmələrini asanlaşdıran təlim verir.- Unterstufe und erster Teil Mittelstufe Gimnaziyaları: Bu məktəblərdə təhsil göstəriciləri yüksək şagirdlər, 7 və 8-ci siniflərdə təhsil pilləsinin digər mərhələsinə hazırlaşırlar. 9-cu sinifdən etibarən şagirdlər İsveçrə F ederasiyasının hüquqlarına əsasən, təhsillərini yüksək səviyyədə (universitet) bitirmək üçün hazırlıqlarına başlayırlar.- Sonderschule: Bu məktəblərdə öyrənmə çətinliyi olan şagirdlər zehni, fiziki, mənəvi və sosial inkişaflarını xüsusi təhsil metodları ilə tamamlayırlar. Kifayət qədər dil bilməyən xarici uşaqlar bu məktəblərə göndərilə bilər.İsveçrədə tam orta təhsil pilləsi üzrə məktəblər 3 fərqli növə bölünür:a) - REALCHULE: Bu məktəblərdə şagirdlər ümumi mədəniiyyət və peşələr haqqında məlumat əldə edirlər. Realschule-i bitirən qız və oğlan şagirdlər ümumiyyətlə sənətkarlıq və sənaye sahəsində bir peşələrə üstünlük verirlər.b) - SEKUNDARSCHULE: Bu məktəblərdə şagirdlərə ümumi mədəniyyət aşılanır. Bu məktəbdə istedad tələb edən peşələr üçün lazımi mühit yaradılır. Məktəbi yaxşı dərəcələrlə bitirən tələbələr Diplommittelschule -ə, yəni bir sonrakı mərhələyə gedə bilərlər.c) - BEZIRKSCHULE: Ən çox bacarıq, bilik və müvəffəqiyyət tələb edən orta məktəb tipidir. Bu məktəb həm peşə öyrənmək istəyənləri, həm də növbəti mərhələyə keçmək istəyənləri hazırlayan orta məktəb tipidir. Bu məktəblərdə şagirdlər məcburi kurslar xaricində seçmə kurslar da keçməlidirlər. Məktəblərin məzunları sənaye, ticarət və sənətkarlıq sahələrində çalışırlar və yüksək müvəffəqiyyət göstərən şagirdlər bir sonrakı təhsil pilləsinə davam edirlər.Bu üç məktəbə qatılan şagirdlərə 1-ci sinifdən 5-ci sinifədək ibtidai təhsildəki göstəricilərinə görə müəllim tərəfindən rəhbər tutulur. Bu istiqamətləndirmələr ”Schulpflege” adlı təhsil nəzarətçiləri tərəfindən edilir.Valideyn övladını nəzərətçi tərəfindən tövsiyə edilən məktəbə göndərmək istəmədikdə, şagird digər məktəbə qəbul üçün imtahan verməlidir:5-ci sinif müəllimlərinin tövsiyələrinə uyğun olaraq bu şagirdlər haqqında məlumat təhsil nəzarətçilərinə verilir və Schulpflege, şagird haqqında məlumatların hansı məktəbə göndərdiyini valideynlərə bildirir. Əgər valideynlər həmin məktəb rəhbərliyindən razı deyilsə, bu zaman şagird Sekundar və ya Bezirkschule adlı məktəblərə qəbul imtahanı verməlidirlər. Sekundarschule / Bezirkschule-a qəbul olmaq hüququ qazanan bütün şagirdlər sınaq müddətindən keçməlidirlər. Bu mərhələni uğurla başa vura bilməsələr, yanvar ayının sonunda həmin məktəbdən aşağı məktəbə atılacaqlar. Bezirkschule-ə getmək üçün ortalama bal 10 üzrərindən ən azı 5 olmalıdır.Şagird bu məktəblər arasından bir sonrakı təhsil pilləsinə keçid edə bilər. Hər il bir imtahan hüququ verilir. Təhsil göstəriciləri yüksək olan şagirdlər, müəllim tövsiyə edərsə, bu imtahanlarda iştirak edə bilər və nəticələri yaxşı olduğu təqdirdə daha yüksək səviyyəli bir məktəbə keçə bilərlər. Məsələn, Realschule’dan Sekundarschule’ye, Sekundarschule’dan Bezirkschule’ye gedə bilər. Ancaq bu keçidlərdə 1 il itirirlər. 6-cı sinfi bitirən şagird növbəti məktəbə keçmək hüququ qazandıqda, şagird keçdiyi məktəbdə 6-cı sinfi təkrarlayır. Bu, Bezirkschule üçün də keçərlidir.Göründüyü kimi, valideynlər və müəllimlər bu prosesi çox yaxşı izləməlidirlərDigər ölkələrdən fərqli olaraq İsveçrədə yetkinlik diplomu verən məktəblər də mövcuddur. Şagird daha bu diplomla təhsilini universitetdə davam etdirə bilir:Diplom verən orta məktəblər, peşə təhsili və tam orta təhsil müəssisələri ilə yanaşı üçüncü bir seçimdir və 3 il müddətində davam edir. Bu məktəblər məcburi təhsil müddətini başa vurduqdan sonra ümumi olaraq təhsillərini dərinləşdirmək, şəxsiyyətlərini inkişaf etdirmək və xüsusilə sağlamlıq, sosial, təhsil, təsviri incəsənət və xidmət sahələrində daha çətin peşələrə keçmək istəyən gənclər üçündür. Diplom verən orta məktəblərə daxil olmaq üçün məcburi təhsilin son ilini (9-cu sinif) yaxşı səviyyədə başa vurmaq lazımdır.1- Diplammittelschule: Bu tip məktəblər 10, 11 və 12 sinifləri əhatə edən 3 illik bir kursdur və peşəyə keçidi təmin edir.2- Zweiter Teil Mittelstufe und Oberstufe Gimnaziyaları: Təhsil göstəriciləri yüksək olan şagirdlər bu məktəblərdə təhsillərini davam etdirirlər. Bu təhsil müddəti şagirdlərə ”cəmiyyət üçünyetkinlik sertifikatı” almalarına şərait yaradır.3- Berufschulen: Bu məktəblərdə şagirdlər sadəcə peşə istimaətli təhsil alırlar.4- Əyalət Məktəbləri (Kantonschulen): Bezirkschule və Sekundarschule’u bitirənlər gedə bilər. Belə dövlət məktəblərində şagirdlər universitet, kollec və peşə məktəblərinə qəbul üçün hərtərəfli təhsil alırlar. Bu məktəblər Gimnaziya və Diplommittelschule olaraq ikiyə ayrılır. Əyalət məktəblərinə yalnız Bezirkschule’yi yaxşı başa vuranlar gedə bilər. Bu məktəbləri bitirənlər Universitetə girmək hüququ qazanırlar. Kantonschulen bir Lisey / Gimnaziya tərzi məktəbidir.5- D.M.S. (Diplommittelschule): İki illik bir məktəbdir. Peşə istiqamətli təhsil ilə Matura təhsili arasındakı bir məktəb növüdür. Bu məktəblər könüllüdür, şagirdlər istəyə əsasən məcburi təhsildən sonra iştirak edə bilər. Sekundarschule və Bezirksche’yi bitirənlər bu məktəblərə rahatlıqla gedə bilərlər. Peşə təhsili; Sağlamlıq təhsili, sosial təhsil, inzibati işlər, nəqliyyat təhsili, musiqi və sənət sahələrini əhatə edir. Bu məktəblər normal olaraq iki il idi, lakin üç illik təhsil alanlara daha çox üstünlük verilirdi. Buna görə bu məktəblər üç ilə qədər artırıldı.Tam orta təhsil pilləsinin sonunda məktəblərdən alınan diplomlarla şagirdlər təhsillərini İsveçrənin hər bir universitet və ali təhsil müəssisəsində davam etdirə bilərlər.Peşə təhsili ya sırf məktəblərdə nəzəri formada, ya da hər hansı bir müəssisədə həyata keçirilir:Peşə təhsili 3-4 il davam edir. Az sayda da olsa təhsil müddəti iki il olan peşə məktəbləri də var. Peşə təhsili iki hissədən ibarətdir. Birincisi, bir iş yerində praktik iş (şagirdlik təlimi), ikincisi, peşə məktəbində peşə nəzəriyyəsi və ümumi təhsil. Həftənin 3-4 günü sənayedə, sənətkarlıqda və ya ticarətdə kiçik və ya böyük bir işdə reallaşan praktiki təhsil hissəsində gənclərə əvvəldən öyrənmək və gələcəkdə şirkətdə məhsuldar olmaq imkanı verilir.Təlimin ilk həftələrində gənclərə hazırlıq kursları keçirilir. Bu kurslarda gənclər seçdikləri peşənin tələb etdiyi əsas bacarıqlarla təmin olunur. Hazırlıq kurslarının müddəti seçilən peşəyə görə dəyişir və 10 həftəyə qədər davam edə bilər. Böyük müəssisələrdə hazırlıq kursları ümumiyyətlə şirkətdə, kiçik müəssisələrdə, peşə birliklərinin tədris mərkəzlərində və qismən İsveçrənin müəyyən bir bölgəsində keçirilir. Peşə məktəbində işdə praktiki biliklər həftədə 1-2 gün nəzəri olaraq dərinləşdirilir. Məktəbdə peşə bilikləri, riyaziyyat, dil və idman dərsləri verilir. Xüsusilə göstəriciləri yaxşı olanlar, bir peşə liseyinin yetkinlik diplomunu da ala bilərlər. Dərsi izləməkdə çətinlik çəkənlər əlavə dərs almaq imkanına sahibdirlər.Bəzi universitetlər attestat və qəbul imtahanı əvəzinə, sadəcə məktəbdən verilən yetkinlik diplomu ilə tələbə qəbul edir:Universitetə qəbul şərtləri də əyalətlər üzrə dəyişir. Bəzi universitetlər sadəcə yetkinlik diplomu ilə tələbə qəbul edərkən, bəzi əyalətlərin ali məktəbləri ”hazırlıq sinfi və qəbul imtahanı” şərtləri ilə 12-13 il sonunda verilən orta təhsil diplomlarını (attestat) qəbul edə bilərlər. Bəzi universitetlərdə bakalavr dərəcəsindən sonra magistratura yoxdur. Bakalavr diplomu ilə birbaşa doktorantura səviyyəsində təhsil almaq mümükündür. Bəzilərində isə (məsələn, Sürix Universiteti), Türkiyə və Azərbaycandakı kimi ”bakalavriat + magistratura + doktora” səviyyələri mövcuddur(məsələn, Cenevrə Universiteti).Əyalətlər üzrə təhsil sistemləri arasındakı fərqlər çoxdur. Tədris planı, gündəlik və həftəlik dərs cədvəlləri, tətillər, məktəb idarəetmə tərzləri və nəzarət sistemləri kimi hər səviyyədə bir çox fərqli nüans var.