“19- 22 oktyabr tarixlərində yağıntılı hava şəraiti səbəbindən məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçmuşdu. Hazırda hasarın bərpası ilə bağlı işlər davam etdirilir”. TƏHSİL.BİZ xəbər verir ki, bunu Bakının 123 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Hüseyn Hüseynov deyib. O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda tədris davam edir.