Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqə ADA Universiteti Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş Vətənimsən, Azərbaycan! adlı müsabiqəni 9-cu sinif şagirdləri arasında elan edir. Artıq ikinci dəfə təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərin azərbaycançılıq ruhunda tərbiyə olunması, onların ölkəmizin tarixi, ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyəti sahələrində biliklərinin artırılması, habelə şagirdlərin komanda şəklində çalışma bacarıqlarının inkişaf etdirilməsidir. Qori Müəllimlər Seminariyası 1876-cı ildə Cənubi Qafqaz xalqları üçün ibtidai siniflərdə dərs keçmək üçün müəllimlərin hazırlanması məqsədilə yaradılıb. Seminariyanın Azərbaycan bölməsi isə 1879-cu ildə fəaliyyətə başlayıb. Bu bölmənin rəhbəri böyük maarifçi Aleksey Osipoviç Çernyayevski olmuşdur. Fəaliyyətdə olduğu dövr ərzində bu bölməni yüzlərlə azərbaycanlı gənc bitirmiş və maarif ənənələrinin ölkəmizdə yayılması, uşaqların məktəblərə cəlb olunmasında əvəzsiz xidmətləri olmuşdur. Məzunların arasında Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə kimi dahi şəxslər də yer almışdır. Məhz bu səbəbdən, “Vətənimsən, Azərbaycan!” müsabiqəsi Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr olunmuşdur. Müsabiqə 2024-2025-ci tədris ilində Qazax-Tovuz RTİ, Gəncə-Daşkəsən RTİ və Mərkəzi Aran RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında təşkil edilir. Qeydiyyat: Müsabiqəyə qeydiyyat onlayn qaydada həyata keçirilir. Bu zaman şagirdlər göstərilən linkə daxil olaraq lazımi xanalarda öz məlumatlarını dolduraraq, imtahan verəcəkləri imtahan mərkəzlərini seçə bilərlər. Müsabiqənin təşkil edilmə qaydaları: Müsabiqə 2 mərhələdən ibarətdir I mərhələ - rayon/şəhər daxili - Bu mərhələdə onlayn qeydiyyatdan keçmiş şagirdlər iştirak edir: Şagirdlərə 75 sualdan ibarət sual kitabçası təqdim olunurSuallar Azərbaycan tarixi, Ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair mövzuları əhatə edir. Müvafiq olaraq, hər bir mövzu üzrə 15 sual təqdim olunur. İmtahan 2 saat davam edirBu mərhələdə hər bir regional təhsil idarəsi üzrə ən yaxşı nəticə göstərmiş 5 şagird növbəti mərhələyə keçirFinal Mərhələsi - Müsabiqənin final mərhələsi “Nə, Harada, Nə zaman” intellektual oyun formatında Qazax Müəllimlər Seminariyasında keçirilir: urun qalibləri öz məktəblərində (qalibin özü daxil olmaqla) 5 nəfərdən ibarət komanda yığır. I turun qalibi komandaya kapitanlıq edir.Ümumilikdə 15 komanda formalaşdıqdan sonra final mərhələsi təşkil edilir.Finala çatmış 15 komanda təyin olunmuş vaxtda Qazax Müəllimlər Seminariyasında müsabiqənin final mərhələsində iştirak edir. İnteraktiv oyun şəklində keçirilən bu mərhələdə komandalara moderator tərəfindən ümumilikdə 20 sual səsləndirilir.Hər bir sualı cavablandırmaq üçün şagirdlərə/komandaya 2 dəqiqə vaxt verilir. Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda qalib olur. Ən yüksək nəticələri göstərmiş komandalar, müvafiq olaraq, I, II və III yerlərə layiq görülüb hədiyyə və sertifikatlarla mükafatlandırılır. Müraciət üçün Onlayn Ərizə formasını doldurmaq lazımdır. Qeydiyyat 15 noyabr 2024-cü il tarixinədək aparılacaqdır. Əlaqə üçün: [email protected] Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.