Oktyabrın 29-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü ilə “AHİK Könüllüləri” proqramının təqdimatına həsr olunan məlumat sessiyası təşkil edilib.AHİK-in, BSU-nun əməkdaşlarının və tələbələrin iştirakı ilə keçirilən tədbirdə könüllülük proqramının gənclərin fəal vətəndaş kimi yetişməsinə xidmət edən məqsədləri və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.