0702133333

0702133333

Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçirilir
20.10.2024 13:36

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilir

”Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllimin iştirak edir.

Qeyd edək ki, ümumilikdə iki seansada keçiriləcək prosesdə 300-ə yaxın tərbiyyəçi- müəllimin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Bizim WhatsApp kanalımıza abunə olun