0702133333

0702133333

Umico-da Çağrı mərkəzi operatoru vakansiyası aktivdir
16.10.2024 09:28

Umico-da Çağrı mərkəzi operatoru vakansiyası aktivdir.  Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Tətbiq, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir.  Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır. Vəzifə öhədlikləri: ·       Müxtəlif kommunikasiya kanallarında (telefon, whatsapp, telegram, mail, facebook və s.) Umico marketdə mal və məhsul kateqoriyaları üzrə müştəri konsultasiyalarının həyata keçirilməsi; ·       Mövcud məlumat bazasına gedən zənglər və müştəri üçün müvafiq malların satışı (Telemarketinq); ·       Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri haqqında məlumatlandırılması. Əsas tələblər: ·       Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti; ·       Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə. İş şəraiti: ·       Əmək haqqı - 700 azn (350 fiks + 350 bonus ) ·       İş rejimi - Növbəli iş qrafiki - 5/2 ·       Iş yeri – Qafqaz Biznes Mərkəzi Uyğun namizədlər CV-lərini mövzu sətrində ”Çağrı mərkəzi üzrə operator” qeyd edərək [email protected] email adresinə yönləndirə bilər.