0702133333

0702133333

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalında qalib olublar
07.10.2024 12:53

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələri tələbələri arasında təşkil olunan bədii yaradıcılıq müsabiqə-festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.Bakı Mühəndislik Universitetinin (BMU) Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın təşkilatçılığı ilə müsabiqədə iştirak edən universitet tələbələri qaliblər sırasında yer alıblar.BMU-nun “Şəhərsalma” ixtisasının 3-cü kurs tələbəsi Aysu Cəbrayılova “Vokal” nominasiyası, “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbəsi Gülər Həmzəyeva “Bədii qiraət” nominasiyası, BMU-İNHA İDP-nin “Elektrik və elektronika mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Günay Nuriyeva isə “Solo rəqs” nominasiyası üzrə müsabiqədə III yerlərə layiq görülüblər.Tədbirdə qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil edilən müsabiqə-festivalda 26 ali təhsil müəssisəsində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyalar, solo ifaçılar, həvəskar müğənni, rəqqas, bədii qiraətçi, rəqs kollektivləri və s. iştirak ediblər.İkinci mərhələdə ifası müsbət rəy almış ifaçı və kollektivlər Heydər Əliyev sarayında keçirilən yekun konsertdə iştirak hüqüqu qazanıb və müsabiqənin qalibləri 3000 tələbə arasından seçilib.