0702133333

0702133333

Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib
06.10.2024 14:44

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə keçirilən imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib.

DİM-dən ”Report”a bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 305 nəfərdən 33-ü imtahana gəlməyib.

İmtahanda 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib.