0702133333

0702133333

BSU-nun Məktəb-Lisey Kompleksində 5 Oktyabr
05.10.2024 15:08

BSU-nun Məktəb-Lisey Kompleksində 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin, eləcə də şəhid müəllimlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BSU MLK-nın direktoru İlahə Carçıyeva tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışında Ulu Öndər Heydər Əliyevin pedaqoji fəaliyyətə, müəllim adına yüksək qiymət verdiyini bildirən direktor İ.Carçıyeva bu diqqət və qayğını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın davam etdirdiyini vurğulayıb. Sonra məktəbin şagirdləri maraqlı və rəngarəng konsert proqramı təqdim ediblər.