0702133333

0702133333

”Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil ediləcək
19.09.2024 13:18

“Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” BMT-nin Əhali Fondunun təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəranda ”Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil ediləcək. 14-17 yaşlı yeniyetmə qızlar üçün nəzərdə tutulmuş düşərgənin əsas məqsədi qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan ibarətdir.  3 gün davam edəcək düşərgədə iştirakçılar ”İqlim dəyişikliyi və gender”, ”Açıq hava təhsili və ətraf mühit”, ”İqlim fəaliyyətlərində liderlik” və digər mövzularda təlimlərdə iştirak edəcəklər. Bununla yanaşı, “Forest School” təhsil konsepsiyasına uyğun olaraq sosial, emosional, fiziki və intellektual istiqamətli müxtəlif fəaliyyətlərə qoşulacaqlar. Ölkənin bütün bölgələrindən olan yeniyetmə qızlar düşərgədə iştirak etmək üçün müraciət edə bilər. Seçim zamanı düşərgədə tam şəkildə iştirak edə bilənlərə üstünlük veriləcək. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz https://docs.google.com/forms/d/151ZsrKsexic424VoEFrtjsEADZMm277h-ijh939myAw/viewform?edit_requested=true Yerlər məhduddur.