0702133333

0702133333

”Kiçik hüquqşünas” vakansiyası
18.09.2024 19:20

Azərbaycan Supermarket MMC ”Kiçik hüquqşünas” vakansiyasını elan edir.   Vəzifə öhdəlikləri: ·       Hüquqi sənədlərin ilkin versiyada hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması ·       Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək ·       Hüquqi rəylərin hazırlanması üçün qanunvericiliyin araşdırılması və öz rəhbərinə məruzə edilməsi ·       Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək ·      Hüquq şöbəsinin müdirinə inzibati işlərdə yardım edilməsi Tələblər:  ·       Hüquq sahəsində bakalavr dərəcəsi  ·       Tələb olunan sahədə ən az 1 il təcrübə; ·       Kargüzarlıq işinin əsaslarını bilməsi; ·       Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi; ·       Yüksək qavrama və öyrənmə qabiliyyəti; ·       İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; ·       Azərbaycan qanunvericiliyi haqqında yüksək biliklər; ·       Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi ·       Analitik düşünmə qabiliyyəti; ·       MS Office biliyi Maraqlanan namizədlər [email protected] email ünvanına “Kiçik hüquqşünas” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.