0702133333

0702133333

“Hüquq üzrə təcrübəçi” vakansiyası
18.09.2024 13:00

“A+CO” ASC “Hüquq üzrə təcrübəçi” vəzifəsi üzrə işçi axtarışı elan edir.   Vəzifə öhdəlikləri:   • Şirkət adından bağlanılan müqavilələrin layihələrini tərtib etmək, müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə və şirkətin hüquqi mənafelərinə uyğunluğunu yoxlamaq; • Şirkət adından prosessual sənədləri (iddia ərizələri, şikayətlər, vəsadətlər, etirazlar və s.) tərtib etmək; • Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını aparmaq, onlara əlavə və dəyişikliklərin edilməsini təklif etmək; • Şirkətin bağladığı müqavilələrin reyestrini aparmaq və arxivləşdirmə işini təşkil etmək; • Şirkətin etibarnamələrinin, təsis sənədlərinin, məhkəmə və hüquq mühafizə orqanlarına aid sənədlərinin və digər hüquqi xarakterli sənədlərin saxlanılmasını və arxivləşməsi işini təşkil etmək; • Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və onun hüquqi mənafelərinin qorunmasını təmin etmək; • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.   Tələblər:   • Ali təhsil (Hüquq üzrə ); • Azərbaycan Respublikası Qanunvericiliyini yüksək səviyyədə bilmək; • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı; • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır; • MC Office proqramlarından istifadə bacarığı.   İş şəraiti:   • İş yeri: Xırdalan şəhəri; • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; • Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.   Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.   Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.