0702133333

0702133333

Magistratura Hazırlığı
Qiymət: 50

Magistratura imtahanı haqqında məlumat

Magistratura qəbul imtahanı üçün hazırlıqlara qoşulacaq şəxslər bakalavr səviyyəsi üzrə təhsilini bitirmiş şəxslərdir. Cari ilin məzunlarndan isə diplom tələb olunmur. Eyni zamanda xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslərin də imtahanda iştirakına icazə verilir.

İmtahan hər ilin fevral ayının sonlarında (2 həftə öncə imtahan tarixi ilə bağlı məlumat verilir) keçirilir. İmtahanda iştirak etmək istəyən tələbələr yanvar ayının sonunda qeydiyyatdan keçməlidirlər. İmtahana hazırlıqlar proqram üzrə yanvar ayında yekunlaşır və tələbələr intensiz təkrar dərslərə qoşulurlar.

- Test imtahanında hər bir tələbəyə məntiq üzrə  50 sual, informatika üzrə 25 sual və xarici dil üzrə 25 sual təqdim olunur. Ümumi 100 sual olmaqla keçirilən imtahan 1 mərhələli olmasına baxmayaraq, may ayında eyni fənlərdən təkrar şans imtahanı keçirilə bilər.






Bələdçi İnformatika Məktəbi" Təhsil Şirkəti artıq uzun illərdir ki, Azərbaycan və rus bölmələri üzrə magistratura imtahanına hazırlıq həyata keçirir.

 

 - Magistratura üzrə hazırlıqlarımız həm onlayn, həm də əyani şəkildə keçirilir;

 - Dərslər Məntiq, İnformatika və Xarici dil (ingilis, rus, alman, fransız) fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

 - Qəbul səviyyəsində ayda 2 dəfə ödənişsiz mövzu və ümumi sınaq imtahanları təşkil olunur. Sınaq imtahanlarından 90+ bal toplayan tələbələrə 1 ay ödənişsiz hazırlıq keçirilir. Onlayn və əyani olmaqla, dərslərin keyfiyyətinə zəmanət verilir. Tələbələrlə dərs ilinin əvvəli müqavilə bağlanılır. Müqavilədə həm şirkətimizin, həm də tələbələrin üzərinə düşən müddəalar qeyd olunur. Müqavilə 2 nüsxədə tərtib olunur.

Mərkəzimizdə hazırlıq qaydalarına müəyyən dəyişikliklər olunsa da əsas qaydalar olduğu kimi qalır. Tələbələrin dərsləri dərindən mənimsəmələrini rahatlaşdırmaq üçün əlavə olaraq video dərslər hazırlanıb onlara göndərilir. 

- Hər fənn üzrə ilk dərslər ÖDƏNİŞSİZ Sınaq dərsləri olur.

- Hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur.

- Yüksək nəticə toplayan tələbələrimizə əməkdaşlıq təklif olunur.

- Keyfiyyətli tədr"is və münasib qiymətlər sizə təklif olunur.

Magistraturaya Hazırlıq

 

Kursun adı Davametmə müddəti Həftəlik dərs Aylıq Qiymət/AZN Qrupun tərkibi
Ay Saat Dərs/saat Fərdi Qrup Sayı
İngilis dili     3 150 80 2 - 6
Məntiq 3 36 3 170 80 3 - 6
İnformatika 2 24 3 150 60 3 - 6
Rus dili     3 130 70 2 - 6