0702133333

0702133333

Dövlət qulluğuna hazırlıq
Qiymət: 50azn

"BƏLƏDÇİ İNFORMATİKA MƏKTƏBİ" Təhsil Şirkətində Dövlət Qulluğu dərsləri necə keçirilir?

"BƏLƏDÇİ MMC" Təhsil Şirkətində dərslər hər bir fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla, həm əyani, həm də onlayn şəkildə tədris olunur. Onlayn dərslər görüntülü şəkildə keçirilir.Hər bir fəndən ilk dərslər ödənişsiz şəkildə sınaq dərsləridir. İmtahana yaxın hər gün hər fəndən əlavə dərs saatları salınır. Həmçinin hər ay sınaq imtahanları keçirilir.  Əlavə sınaqlar və əlavə saatlar ödənişə daxil deyil.

Siz də uğurlu gələcək üçün tərəddüt etmədən, tam əminliklə bizi seçə bilərsiniz!






Dövlət qulluğuna hazırlıq

Dövlət Qulluqçusu olmaq üçün əsas olan ali təhsilin olması mütləqdir. Dövlət Qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Dövlət Qulluğuna hazırlıq necə olur? 

İmtahanlar hər bir kateqoriya üzrə mütəmadi şəkildə hər ay keçirilir. İmtahanlar test və müsahibə mərhələsindən ibarətdir.

Test mərhələsi nədir və necə keçirilir?

Test mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Test imtahanı:

  • Məntiq - 30 sual.
  • Qanunvericilik - 40 sual
  • İnformatika - 15 sual
  • Azərbaycan dili - 15 sual

Ümumilikdə 100 sual olur. Bir sual bir bal ilə qiymətləndirilir. Səhv düzü aparmır. Bütün qruplarda və kateqoriyalarda bu fənlər üzrə test imtahanı təşkil edilir.

Müsabiqə mərhələsi

Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Vakant inzibati vəzifənin tutulması üçün müsahibə elanları, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları Mərkəzin internet portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin portalında və dövlət orqanınm internet saytında yerləşdirilir.

Sertifikatın əldə olunması

Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda)

Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Dövlət Qulluğuna qəbul neçə kateqoriyadan ibarətdir?

Dövlət Qulluğuna qəbul 2 kateqoriyadan ibarətdir.

A kateqoriyası (inzibati rəhbər vəzifələr)

A kateqoriyası qurumlarda olan rəhbər vəzifələr və sector müdiri vəzifələridir. Bu qrupa sənəd verib hazırlaşmaq istəyənlər ən azı 3 il iş təcrübəsinə sahib olmalıdır. A kateqoriyasına hazırlaşmaq üçün vətəndaş (kişi) hərbi vəzifədə olmalıdır. Məhkumluq həyatı yaşamamalıdır.

B kateqoriyası inzibati vəzifələr üzrə keçirilir. B kateqoriyası özü 2 qrupa bölünür; BA və BB alt qrupları.

BA kateqoriyasının keçid balı 85 baldır. Ən yüksək bal 120 baldır. BA kateqoriyasında 100 testdən 80 testi qapalı tipli, 20 test isə açıq tipli suallardan ibarətdir.

BB kateqoriyasının keçid balı 65 baldır. Ən yüksək bal 100 baldır. 100 testdən hamısı qapalı tiplidir.

Dövlət Qulluğuna Hazırlıq

 

Kursun Adı Davam Etmə Müddəti Həftəlik Dərs Aylıq Qiymət/AZN Qrupun Tərkibi
Ay Saat Dərs Fərdi Qrup Sayı
Məntiq 3 24 2 170 80 3-6
İnformatika 2 24 2 150 60 3-6
Qanunvericilik 3 36 2 250 100 3-6
Azərbaycan dili 3 24 2 150 60 3-6
Vergi orqanlarına hazırlıq 3 48 2   200 5-8
Gömrük orqanlarına hazırlıq 4 96 2   200 5-8


Cədvəldəki Qiymətlər 1 ay üçün nəzərdə tutulmuşdur.
Saat 17:30-dan sonra fərdi ödənişlər 20AZN, qrup ödəmələri isə 10AZN yüksək olur