0702133333

0702133333

Abituriyyentin İnformatika Bələdçisi Test Toplusu II-hissə
Kateqoriya: Test bankları
Dil: Azərbaycan
Müəllif: Tural Sofuyev,Kamran Əsədov ,Səadət Məhərrəmova
Nəşriyyat: TA nəşriyyat
Nəşr ili: 2022
Səhifə: 450
Yeni nəşr: Bəli
Qiymət: 15 azn


Hörmətli oxucular,

Bildiyimiz kimi Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər İnformatika fənnindən imtahan verəcəklər. Sizə təqdim olunan bu kitab “Milli.info” Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin informatika fənni üzrə qəbul proqramına əsasən, V-XI sinif ümumtəhsil müəssisələrinin sinif dərslikləri və Kurikulumun təlim nəticələrinin tələblərinə uyğun olaraq hazırlanıb. “İnformatika bələdçisi (Nəzəriyyə və Test bankı)” - vəsaiti 2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər üçün nəzərdə tutulmuşdur. “İnformatika bələdçisi (Nəzəriyyə və Test bankı)” nəşrimiz vasitəsi ilə Abituriyyrntlər İnformatika fənni üzrə nəzəri biliklərə mükəmməl səviyyədə yiyələnməklə yanaşı, biliklərini daha da möhkəmləndirməkləndirə biləcəklər.Vəsait Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış qəbul proqramına tam uyğun olaraq hazırlanmışdır. Kitab ümumilikdə Nəzəriyyə və Test toplusu olmaqla və ümumi 18 fəsildən ibarətdir. Test toplusu 6666 test sualından ibarətdir. Kitabda Dövlət İmtahan Mərkəzi-nin proqramına uyğun olaraq nəzəri test sualları ilə yanaşı Python Alplogo və Qraflar nəzəriyyəsinə aid praktik test suallarına da geniş yer verilmişdir Növbəti nəşrlərimizdə nələri görmək istədiyinizi, əlinizdəki kitabın çatışmayan cəhətlərini, ümumiyyətlə kitabla bağlı sual və təkliflərinizi aşağıdakı ünvanlara göndərməyinizi xahiş edirik.

Əlaqə vasitələri:

Mob: +994 70 2133333

e-mail:sofiyev1988@inbox.ru

“Milli.info” kollektivi olaraq dəyərli Abituriyyentlərimizə uğurlar arzulayırıq.

“Milli.İnfo” Təlim Tədris Innovasiya elektron resursunun rəhbəri Tural Aşırlı 

 

MÜNDƏRİCAT

1. İNFORMASİYA VƏ İNFORMASİYA PROSESLƏRİ

sƏHİFƏ 4

İnformatika və informasiya. İnformasiyanın əsas xassələri.

İnformasiyanın növləri və təqdimedilmə formaları.

İnformasiyanın ötürülməsi. İnformasiyanın emalı.

İnformasiyanın saxlanması.

1.1. INFORMASIYANIN KODLAŞDIRILMASI VƏ MİQDARININ ÖLÇÜLMƏSİ

 

sƏHİFƏ 14

Kod və kodlaşdırma.

İnformasiyanın ölçü vahidləri.

Mətn informasiyasının kodlaşdırılması.

Qrafik informasiyanın kodlaşdırılması.

Səs informasiyasının kodlaşdırılması.

Video informasiyanın kodlaşdırılması.

İnformasiyanın miqdarının ölçülməsi

2.  SAY SISTEMLƏRI

SƏHİFƏ 27

Mövqesiz say sistemləri.

Mövqeli say sistemləri.

İkilik say sistemi.

Səkkizlik say sistemi.

Onaltılıq say sistemi.

Bir say sistemindən başqasına keçid.

Müxtəlif say sistemlərində hesab əməlləri

4. MODELLƏŞDİRMƏ

SƏHİFƏ 37

Modellər və onların təsnifatı.

İnformasiya modellərinin növləri.

Cədvəl informasiya modeli.

Ağac informasiya modeli.

Qraf informasiya modeli.

Kompüter modelləşdirməsi.

6.KOMPÜTERİN APARAT TƏMİNATI

SƏHİFƏ 52

Kompüterlər və onların təsnifatı.

Fərdi kompüterlərin növləri.

Kompüterin iş prinsipi.

Giriş qurğuları (klaviatura, siçan, mikrofon, skaner, veb-kamera).

Çıxış qurğuları (monitor, printer, səs ucaldanlar, proyektor).

Yaddaş qurğuları (RAM, HDD, SSD, CD və DVD optik disklər, fleş-yaddaş, disket).

Mərkəzi prosessor.

Portlar və bağlayıcılar.

Kompüterin əsas xarakteristikaları.

7.KOMPÜTERİN PROQRAM TƏMİNATI

SƏHİFƏ 94

Sistem proqram təminatı (əməliyyat sistemləri, utilitlər, drayverlər)

Tətbiqi proqram təminatı.

Proqramlaşdırma alətləri.

8. ƏMƏLİYYAT SİSTEMİ

SƏHİFƏ 113

İş masası və onun elementləri

Pəncərələr.

Fayllar və qovluqlar, onlar üzərində əməllər

Fayl sistemləri.

İdarəetmə paneli.

9. MƏTNLƏRİN EMALI

SƏHİFƏ 162

Mətn sənədinin yaradılması.

Sənədin redaktəsi.

Sənədin formatlanması.

Mətn redaktorunda cədvəllər.

Sənədə müxtəlif obyektlərin əlavə edilməsi (şəkil, cədvəl, diaqram, düstur).

Axtarış və əvəzetmə.

10. ELEKTRON CƏDVƏLLƏR

SƏHİFƏ 199

Elektron cədvəl və onun komponentləri (xana, sətir, sütun,

iş vərəqi).

Mütləq və nisbi ünvanlar.

Düsturlar.

Elektron cədvəldə funksiyalar.

Diaqramlar və onların elementləri.

Elektron cədvəl proqramında modelləşdirmə.

Statistik verilənlər əsasında proseslərin modelləşdirilməsi.

11. VERİLƏNLƏR BAZASI

SƏHİFƏ 256

“Verilənlər bazası” anlayışı.

Verilənlər modeli.

Verilənlər bazasının idarəolunması sistemi.

Cədvəllər və onlar arasında əlaqələr.

Sorğular.

Formalar.

Verilənlərin axtarışı və çeşidlənməsi.

Hesabatlar.

12. KOMPÜTER QRAFİKASI

SƏHİFƏ 277

Əsas anlayışları və növləri (rastr, vektor və üçölçülü qrafika).

Rəng modelləri (RGB, CMYK).

13. ALQORİTM

SƏHİFƏ 295

Alqoritm anlayışı.

Alqoritmin xassələri.

Alqoritmin təqdimedilmə üsulları.

Alqoritmin növləri (xətti, budaqlanan, dövri).

14. PROQRAMLAŞDIRMA

SƏHİFƏ 316

Proqram”, “proqramlaşdırma”, “proqramlaşdırma dili” anlayışları.

Translyator (interpretator, kompilyator).

Python  proqramlaşdırma dili.

Sabit və dəyişən kəmiyyətlər.

Verilənlərin daxil və xaric edilməsi.

Şərt operatoru. Dövr operatorları (for, while).

Ədədlər üzərində əməllər.

Sətirlər və onlar üzərində əməllər.

Siyahılar və onlar üzərində əməllər.

Funksiya.

15. KOMPÜTER ŞƏBƏKƏLƏRİ

SƏHİFƏ 350

Kompüter şəbəkələri və onların təsnifatı

Şəbəkə avadanlıqları.

Şəbəkə topologiyaları (şin, halqa, ulduz, qarışıq).

Şəbəkə arxitekturası.

Simsiz şəbəkə texnologiyaları (WLAN, GPRS, WPAN, Wi-Fi, Wi-Max, Bluetooth, NFC, Zigbee, 3G, 4G, 5G)

16. İNTERNET

SƏHİFƏ 379

İnternetə bağlanmanın üsulları.

İnternetdə ünvanlama.

İnternet xidmətləri və protokollar.

Dünya hörümçək toru.

Axtarış sistemləri.

Elektron poçt.

17. VEB-PROQRAMLAŞDIRMA

SƏHİFƏ 401

Veb-proqramlaşdırma” anlayışı.

Saytın hazırlanma mərhələləri

HTML nişanlama dili.

Siyahıların yaradılması.

Cədvəllərin yaradılması.

Veb-səhifənin rəng sxemi.

Veb[1]səhifəyə qrafik faylların yerləşdirilməsi.

İstinadlardan istifadə.

18 .İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

SƏHİFƏ 422

İnformasiyanın qorunması.

Kriptoqrafiya.

Kompüter cinayətkarlığı.

Ziyanverici proqramlar (kompüter virusları).