Əbduləzimli Emil Rasif oğlu 6 dekabr 1994-cüildə Zəngilan rayonunda anadan olub. O, heç vaxt görmədiyi, doğma yurdu Zəngilan rayonunu işğaldan azad etmək üçün 2020-ci il sentyabrın 27-də könüllü döyüşə gedərək mənfur düşmənə qarşı qəhrəmancasına döyüşüb. Ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Emil Abduləzimli 2020-ci ilin, oktyabrın 19-da şəhadət zirvəsinə ucaldı, şəhadətindən bir gün sonra silahdaşları onun qisasını alaraq, Zəngilan rayonunu işğaldan azad etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.