0702133333

0702133333

Miqdad Faiq oğlu Abduləlimov

Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki dövlət iqtisad kollecinə qebul olmuşdur. 4 aprel 2020-ci ildə hərbi xidmətə çagiriş gəlmiş və təhsilini donduraraq 4 may 2020-ci ildə herbi xidmete getmişdir. Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Mübarək nəşi şəhadətindən 33 gün sonra 29 oktyabr 2020-ci ildə Quba şəhidlər xiyabaninda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.