0702133333

0702133333

Tacəddin Vüqar oğlu Abbasov

 Tacəddin Abbasov 2001-ci il dekabrın 10-da Daşkəsən şəhərində anadan olub. 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub.Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 128 gün komada qaldıqdan sonra Tacəddin Abbasov oktyabrın 24-də şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.