0702133333

0702133333

Səxavət Rizvan oğlu Abbasov

 Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Səxavət evin tək övladı idi. Səxavət 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə yollandı, Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərirdi. Səxavətin əsgərliyini bitirib evə gəlməyinin 1 ili tamam olmamış Vətən müharibəsi başladı. Sentyabrın 29-u könüllü olaraq döyüşlərə yollandı.O, Füzuli,Cəbrayıl,Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ərgünəş dağı yaxınlığındakı döyüşlərdə şəhadətə yüksəlib