0702133333

0702133333

Nurhan Əlastan oğlu Abbasov

Nurhan Abbasov 17 iyun 1991-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Konstantin Uşinski adına 9 nömrəli tam orta məktəbdə almış, 77 nömrəli peşə məktəbində davam etdirmişdir. Sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Nurhan da səfərbər olunur. Sonra hərbi təlim toplantılarına çağırılır. Azərbaycan Ordusunun əsgəri olan Nurhan Abbasov 2020-ci ilsentyabrın 27- dən Azərbaycan Silahlı Qüvvələri tərəfindənErmənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Könüllü əsgər olaraq bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşləri gedişatında Nurhan Abbasov 8 noyabr 2020-ci ildə Xankəndidə yaralı döyüşçüləri döyüş meydanından çıxararkən şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən NurhaAbbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görəAzərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurhan Abbasov ölümündən sonra"Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurhan Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.