0702133333

0702133333

Nemət Elçin oğlu Abbasov

Vətən Müharibəsi şəhidi. Nemət Abbasov 4 avqust 1996-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.