0702133333

0702133333

Abbasov Möhlət Eldəniz

 Vətən müharibəsinin şəhidi. Möhlət Eldəniz oğlu Abbasov 19 mart 2001 -ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. Ailəsinin ilki birinci sevinci olan Abbasov Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinifinə başlamış 2018-ci ildə isə həmin məktəbdən məzun olmuşdur. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanır. 27 sentyabr 2020-ci ildə başlayan əks hücumla Azərbaycan Respublikasının işğal altında olan ərazilərin azad edilməsi üçün 2-ci Qarabağ döyüşlərinə calb olunur... Hərbi Xidmətinin bitməyinə 3 gün qalmışdı... amma Abbasov Möhlət Vətənini seçir .Vətən Müharibəsində igidliklə mərdliklə düşmnlə vuruşur. Lakin Allahın yazıdığı yazı onun üçün başqa idi... Abbasov Möhlət 07 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində, Əsgər yoldaşları üçün canını heçə saymış və Şuşa yolunu açmış və həmin zaman Qəhrəmancasına Şəhid olmuşdur.