Vətən müharibəsinin şəhidi. Abbasov İsa Faiq oğlu 2 avqust 1996-cı ildə Gəncəşəhərində doğulmuşdur. Subay idi. 2014-cü ildə Gəncəşəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbi birmişdir. 2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasında təhsil alımışdır. 2018-ci ildə Səfərbərlik və Hərbi XidmətəÇağırışüzrə Dövlət Xidmətinin GəncəŞəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətəçağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması iləəlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq İsa Abbasov yenidən hərbi xidmətəçağrılmışdır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuş, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərə iştirak etmiş, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək Şuşanın azad olunmasında pay sahibi olmuşdur. 9 noyabr 2020-ci ildəŞuşa qalası istiqamətində irəliləyərkən şəhidlik zirvəsinə ucalmışdır. 14 noyabr 2020-ci ildə Gəncəşəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Abbasov İsa Faiq oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur