0702133333

0702133333

Abbasov Elşən Qurban

Şəhid Abbasov Elşən Qurban oğlu 1992-ci il dekabrın 30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlmişdir. 2020-ci il 27 sentyabrda vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elşənin tuşlayıcı-operatoru olduğu "BTR-82" 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində Qorqan kəndi uğrunada gedən döyüşlərdə faqotla vurulmuş və qəhrəmanımız şəhidlik zirvəsinə ucalmışdır. O, sentyabrın 29-da Birinci Şahsevən kəndində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılmışdır. Şəhidimiz ailəli idi: Narınc və Asiya adlı iki qız övladı var. Şəhidimizin adına atası Qurban kişi tərəfindən tikilən bulaq həmin küçədə yaşayan kənd sakinlərinin içməli su problemini həll etmiş oldu. Qeyd edim ki Küçə sakinləri su gətirmək üçün uzun yol qət etmiş olurdular. Allah Şəhid Atasının ehsanin qəbul etsin.