0702133333

0702133333

Seyfəddin Vahid oğlu Balağayev

Seyfəddin Balağayev 6 mart 1998-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlanırdı) eyniadlı şəhərində anadan olmuşdur. O, 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsilini almışdır. Balağayev 2015- cu ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olmuşdur. Seyfəddin Balağayev 2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Seyfəddin Balağayev Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 7-də, 22 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Seyfəddin Balağayev oktyabrın 8-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.