0702133333

0702133333

Ruslan Allahyar oğlu Baladov

Ruslan Baladov 1997-ci ilin sentyabrın 19-da dünyaya gəlib. Bir bacı, bir qardaş olublar. 9-cu sinfi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib. 2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini başa vurandan qısa müddət sonra isə yenidən taleyini Ordu ilə, hərblə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb. İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də cəbhə bölgəsində, döyüşlərdə olub və elə müharibənin ilk günündə, sentyabrın 27-də Talış istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhadətə yüksəlib. Amma ilk günlər nəşini götürmək mümkün olmayıb. Şəhidimizin nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, rayon qəbiristanlığında torpağa tapşırılıb. 23 yaşında Şəhid olan Ruslan Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.