0702133333

0702133333

Pərviz Tofiq oğlu Balabəyov

Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub.1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb. Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.