0702133333

0702133333

Vüqar Məmməd oğlu Bahadurzadə

Vüqar Bahadurzadə 1993-cü il iyulun 22-də Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuş olan Vüqar Bahadurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Bahadurzadə oktyabrın 15-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Bahadurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.