AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin işçisi Mahsun Zahir oğlu Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. Orta təhsilini Xanbulan kənd adına orta məktəbdə alıb. 2020-ci ilin iyulunda Tovuzda baş vermiş döyüşlər zamanı könüllü Orduya yazılıb və sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı zamanı ürəklə döyüşlərə atılıb. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Məhsun əsl qəhrəman kimi torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. İgid döyüşçü noyabrın 4-də Qubadlı istiqamətində döyüşlər zamanı şəhid olub. Məhsun Bağırzadə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.