0702133333

0702133333

Süleyman Loğman oğlu Bağırov

Süleyman Bağırov 1992-ci il fevralın 1-də Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Süleyman Bağırov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.