0702133333

0702133333

Yasər Əfqan oğlu Bəkirov

Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub.2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Yasər Bəkirov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.