0702133333

0702133333

Azad Rasim oğlu Bəkirli

Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışmışdır. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində orduya qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 21-də Füzulidə . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.