0702133333

0702133333

Şahin Arif oğlu Bayramov

Bayramov Şahin Arif oğlu 4 yanvar 1992-ci ildə Gəncə şəhərində doğulmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb.2009-cu ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Rusiya Federasiyasında yaşamışdır. 2018-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Şahin Bayramov xidmət etdiyi hərbi hissənin tərkibində cəbhəyə yollanmış, Murov zirvəsinin alınmasında yaxından iştirak etmişdir. 1 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.