0702133333

0702133333

Elçin Yunus oğlu Bağırov

1994-cü il təvəllüdlü Elçin Yunus oğlu Bağırovdur. İkinci Qarabağ müharibəsinə könüllü gedən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılıb və müharibənin ilk günlərindən ön cəbhədə döyüşüb. 2020-ci il, oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elçin Yunus oğlu Bağırov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidimizin anası Validə Bağırova bildirib ki, oğlu müharibə başlamazdan bir il əvvəl həqiqi hərbi xidmətini başa vurmuşdu: “Elçin Azərbaycan Texniki Universitetinin məzunu olub. Ali təhsilini bitirib, Naxçıvanda artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirib. Müharibə ərəfəsində könüllü olaraq cəbhəyə gedəcəyini mənə demirdi. Sonra xəbər verdi ki, hərbi təlimlərə gedir”. Elçin cəbhədən tez-tez evə zəng edirmiş: “Çox danışa bilmirdi. Bir kəlmə deyirdi ki, yaxşılıqdır. Nəsə soruşmağımızı istəmirdi. Sonuncu dəfə oktyabr ayının 21-də səhər saatlarında zəng elədi. Elə mənimlə danışanda dedi ki, Cəbrayılı keçiblər, ola bilər ki, bir neçə gün zəng edə bilməsin. Narahat olmamağımı tapşırıb, sağollaşdı. Yeddi gün Elçindən xəbər ala bilmədik”. Qubadlı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman Elçin Bağırov və bir neçə silah yoldaşı düşmən tərəfindən atılan minaatan mərmisinın partlaması nəticəsində şəhid olublar. Validə xanım oğlunun şəhadət xəbərini oktyabrın 29-da alıb.