0702133333

0702133333

Mirşəmsi Elşad oğlu Babazadə

Mirşəmsi Elşad oğlu Babazadə 1996-cı il, yanvarın 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən Müharibəsi zamanı sentyabrın 30-da TərtərAğdərə istiqamətində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.