0702133333

0702133333

Babazeynal Maqsud oğlu Babazadə

Babazeynal Maqsud oğlu Babazadə 2001-ci il, iyulun 3-də Lerik rayonunun Aşağı Amburdərə kəndində dünyaya gəlib. Ailədə 7 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini 9-cu sinfə qədər kənd natamam orta məktəbində, daha sonra Lerik rayon şəhid Fəxrəddin Şahbazov tam orta məktəbində davam etdirib. Təhsilini başa vurduqdan sonra bir müddət Bakı şəhərində işləyib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb. Vətən müharibəsi başladığı gündən Babazeynal da torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşlərə qatılıb, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək, onlarla erməni əsgərini məhv edir. Qəhrəman əsgər oktyabrın 6-da Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub. Nəşi doğulub, boya-başa çatdığı Aşağı Amburdərə kəndində böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyinə görə", "Laçının azad olunması uğrunda, "Suqovuşanın azad olunması uğrunda" , “Vətən uğrunda” medalları ilə təltif edilib.