0702133333

0702133333

Samsun Şəmsəddin oğlu Babayev

Samsun Şəmsəddin oğlu Babayev 2001-ci ildə Qax rayonunun Qapıçay kəndində dünyaya göz açıb. 2007-ci ildə orta məktəbə gedib. Samsun 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 6 oktyabrda Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları əsasında şəhidimiz ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.