0702133333

0702133333

İqbal Zəki oğlu Babayev

İqbal Zəki oğlu Babayev 1995-ci il sentyabrın 10-da Xətai rayonunda dünyaya göz açıb. 257 saylı orta məktəbi məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunub, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasında təhsilini davam etdirib. 2018-ci ildə universitetin iqtisad fakültəsini bitirən İqbal həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanıb. Bir illik xidmətini Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən tərxis olunub. Vətənə borcunu ödədikdən sonra İqbal dövlət qulluğuna hazırlaşmağa başlayıb. İqbal Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə aslan kimi düşmənə qan uddurub. 21 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub. Oktyabrın 27-si silahdaşları onun nəşini ərazidən çıxarmağa müvəffəq olublar. Gözlərini əbədi yuman qəhrəmanımızın nəşi Beyləqan rayonuna gətirilib. İqbal Babayev ölümündən sonra Prezidentin Sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Füzuliin azad olunmasına görə" medalları ilə təltif edilib.