0702133333

0702133333

Ağaşirin Firuz oğlu Babayev

Babayev Ağaşirin Firuz oğlu 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində dünyaya gəlib. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb, Ağcəbədidə xidmət edib. Vətən müharibəsində mərdliklə vuruşub və noyabrın 3-də Xocavənddə aldığı qəlpə yarası nəticəsində şəhid olub. Ailəsi 15 gün ondan xəbər tuta bilməyib. Şəhidimiz 19 noyabrda Qəbələ şəhərində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.