0702133333

0702133333

Zabil Tələt oğlu Azadlı

Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub.Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.