0702133333

0702133333

Eltac Sədrəddin oğlu Azadlı

Eltac Azadlı 22 mart 1992-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur.1999-2010-cu illərdə Beyləqan rayon Əlibaba Şirinov adına Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil almışdır.Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə sinif yoıdaşlarının və müəllimlərinin sevgisini qazanmışdır. Eltac Azadlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə 4-cü özüyeriyən artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Eltac Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi vuruşmuşdur. Eltac Azadlı 31 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.