0702133333

0702133333

Həsən Cəlil oğlu Ayvazov

Həsən Ayvazov 2000-ci il avqustun 21-də Tovuz rayonunun Pələkli kəndində anadan olub. V. Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi. Həsən Ayvazov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həsən Ayvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 15-dən Həsən Ayvazov ilə əlaqə saxlamaq mümkün olmayıb. Noyabrın 21-də şəhid olduğu müəyyənləşib. Noyabrın 22-də Tovuz rayonunun Pələkli kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına Həsən Ayvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.