0702133333

0702133333

Orxan Habil oğlu Abdıyev

Əfqan Hüseyn oğlu Axundov 16 fevral 2000-ci ildə Salyan şəhərində anadan olub. Ailədə bir qardaş, bir bacı olublar. Atası Hüseyn ailəsini bazarda göy-göyərti satmaqla dolandırıb. Amma Əfqanın 8 yaşı olanda 48 yaşlı atası ağır xəstəlikdən dünyasını dəyişib. Ailənin bütün ağırlığı anası Xoşgül xanımın üzərinə düşüb. O, balalarını çox çətinliklə, ehtiyac içində, xadimə işləyərək böyüdüb. Əfqan 2015-ci ildə Salyan şəhər 1 saylı humanitar məktəbin 9-cu sinfini bitirərək, Dənizçilik Kollecinə daxil olub. Maddi cəhətdən çətinlik çəkdikləri üçün gündüzlər oxuyub, axşamlar isə işləyib. Əfqan 2019-cu ildə Dənizçilik Kollecini bitirərək hərbi xidmətə yollanıb. Tərtərdə qulluq edib. Əfqan Suqovuşanın alınmasında iştirak edib. Sonuncu dəfə isə oktyabr ayının 15- də ailəsi ilə əlaqə saxlayıb. Əfqan Axundov oktyabr ayının 16-da şəhid olsa da uğrunda canından keçdiyi torpağa oktybar ayının 29-da tapşırılıb. Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Əfqan Hüseyn oğlu Axundov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.