0702133333

0702133333

Elşən Alxas oğlu Aslanov

29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində doğulub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 N-li tam orta məktəbdə almışdır. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanmışdır. Füzuli və Cəbrayıl kəndlərinin işğaldan azad edilməsində qəhramanca döyüşüb. 22 noyabr 2020-ci il tarixində Cəbrayıl-Qubadlı istiqamətində Vətən uğrunda şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.