0702133333

0702133333

Səyyar Güloğlan oğlu Arazov

Arazov Səyyar Güloğlan oğlu 21 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2 övladı yadigar qalıb.1994-cü ildə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olub, 2003-cü ildə bitirib və 2003-2006-cı illərdə təhsilini 3 nömrəli Peşə liseyində davam etdirib. Vətən müharibəsi başlayanda Səyyar Arazov könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsinə müraciət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Səyyar Arazov Murovdağ istiqamətindəki döyüşlərdə iştirak edib. 30 sentyabr 2020-ci il tarixində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Həmin ilin dekabrın 19-da Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.