Xaçmazın Qaradağ Buduq kəndindən olan şəhid gizir Elməddin Alxaslı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınıb. Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı.26 yaşlı Elməddin həm cənub, həm də şimal cəbhələrində döyüşərək, düşmənə qan uddurub. Döyüşlərə Cəbrayıl, Füzuli istiqamətindən başlayan qəhrəman kəşfiyyatçı daha sonra Suqovuşanın azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Oktyabrın 1 ailəsi ilə danır,ordumuzun Suqovuşan istiqamətində irəlilədiyini söyləib.Gecə isə döyüşlərdə şəhidlik zirvəsinə ucalıb Elməddin Alxasov oktyabrın 2-də Qaradağ Buduq kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra "Vətən Uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif edilib.