Məhəmməd Zöhrab oğlu Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. Uşaq yaşlarından əmisi İbrahim Allahverənovun hərbi geyimi həmişə onun xoşuna gələrdi. Məhəmmədin adını da əmisi qoymuşdu. İbrahimlə Zöhrabın ataları Məhəmməd kişi vaxtilə Dərələyəz mahalından Kəlbəcər rayonunun Milli kəndinə köçmüş, orada məskunlaşmışdılar. Sonralar onlar Bərdə rayonunun Çəmənli kəndinə köçmüş və İbrahim Allahverənov da burada birinci sinfə getmişdi.İbrahim Allahverənov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra yalnız hərbi işlərdə işləyib. Müxtəlif vəzifələrdə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Moskvada və Qazaxıstanda, daha sonra Azərbaycanda hərbi vəzifələrdə çalışıb. 1990-cı illərdə Qarabağ Regional Mülki Müdafiə idarəsinin rəisi işlədiyi dövrdə Qarabağda ermənilərin separatçı hərakatının başlaması bütün azərbaycanlılar kimi həmin idarənin əməkdaşlarının da işlərində xüsusi çətinliklər yaratdı. Buna baxmayaraq, Regional idarənin əməkdaşları polkovnik-leytenant ibrahim Allahverənovun rəhbərliyi altında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirdilər. 1993-cü ilin aprelində Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qaldığı zaman Kəlbəcər rayonunundan olan qohum-əqrəbaların əksəriyyəti İbrahim Allahverənovun yaşadığı Çəmənli kəndinə pənah gətirib. 1995-ci ildə qardaşı Zöhrabın oğlu olanda İbrahim ona Məhəmməd adını verdi. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Ailəsi ilə danışıqları oktyabr ayının 6-da olub. Ayın 7-də isə düşmən atəşi nəticəsində şəhadətə qovuşub. Şəhidlik zirvəsinə yüksələndən on bir gün sonra onun cəsədini döyüş zonalasından çıxara biliblər. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Allahverənov Məhəmməd Zöhrab oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.